Ölkə yas içində: "Tarqovı"da isə konsert keçirilir - Video
Kateqoriya məlum deyil
Hazırda paytaxtın "Tarqovı" kimi tanınan Bakının Nizami küçəsində caz konserti təşkil edilib.
Sfera.az-a daxil olan məlumata görə, keçirilən konsert vətəndaşların etirazına səbəb olub. Etirazlara baxmayaraq, konsert öz axarı ilə davam edir.
Qeyd edək ki, iyulun 4-ü saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
Sözügedən videonu təqdim edirik:
Azər Salam
Sfera.az
]






