Logo

Zəhranın ölümü ilə bağlı təyin olunan yürüş təxirə salınıb -Yeniləndi

Zəhranın ölümü ilə bağlı təyin olunan yürüş təxirə salınıb -Yeniləndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

16:15

Gənclər və İdman Nazirliyi ermənilərin Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olan 2 yaşlı Zəhranın ölümü ilə əlaqədar yürüş keçirəcək.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı Gənclər və İdman Nazirilyinin mətbuat xidməti yayıb. Məlumata görə, yürüş "Bridge Plaza”dan başlayacaq.

"Gənclər saat 11.00-da Rusiya səfirliyinin, 11:20-da ABŞ səfirliyinin, 12:00-da Fransa səfirliyinin qarşısından keçəcəklər”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, dünən Füzulinin Alxanlı kəndi Ermənistan ordusu tərəfindən atəşə məruz qalıb. Atəşkəsin pozulması zamanı ermənilər ağır silahlardan da istifadə ediblər. Nəticədə iki dinc sakin həlak olub. Həlak olanlardan biri 2 yaşlı qız uşağı Zəhra Quliyevadır.

***

İki yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsi ilə əlaqədar üç səfirliyin qarşısında keçirilməsi nəzərdə tutulan yürüş təxirə salınıb.

Sfera.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Xəbər verildiyi kimi, bir sıra gənclər təşkilatı 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən öldürülməsi ilə bağlı yürüş keçirmək arzusunda olduqlarını bildirmişdi.

Gənclər təşkilatları ilə bu gün keçirilən görüşün nəticəsi olaraq, belə qərara gəlindi ki, mövcud təcrübəyə görə beynəlxalq təşkilatlarla birbaşa görüşlər, bəyanatlar, müraciətlər və ən ümdəsi sosial resurslardan istifadə, ermənilərin Azərbaycana qarşı apardığı vandalizm və terrorizm aktlarını, azərbaycanlılara qarşı törətdikləri təcavüz və qəddar addımların dünya ictimaiyyətinə çatdırılmasında yürüşlə müqayisədə daha effektiv nəticə verir. Bu səbəbdən gənclər təşkilatları bu yürüşün keçirilməsinin təxirə salınmasına qərar verdilər”, - deyə nazirlikdən qeyd olunub.

Çinarə Məmmədova
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR