Rəfael və Zabit Zəhra haqqında yazdı: Hər an döyüşə hazırıq...
Kateqoriya məlum deyil
Azərbaycanın canlı əfsanələri, 5 qat dünya çempionu Rəfael Ağayev və məşhur kikboksçu Zabit Səmədov ermənilərin qətlə yetirdiyi 18 aylıq Zəhra Quliyevanın qanının yerdə qalmayacağını bildiriblər.
Sfera.az xəbər verir ki, bu barədə R.Ağayev və Z.Səmədov İnstagram səhifələrində yazıblar.
Zabit Səmədov, "18 aylıq Zəhranın qanı yerdə qalmasın! Ali Baş Komandanımızın əmri ilə şəxsən döyüşə gedib qisas almağa hazıram!”, deyə şərh əlavə edib.
"Zəhranın qanı yerdə qalmayacaq! Ali Baş Komandan əmr verərsə şəxsən döyüşə getməyə hazıram!”, - deyə Rəfael Ağayev qeyd edib.
Azad
Sfera.az








