Şəhidimizin qardaşı vəfat etdi
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Sfera.az xəbər verir ki, dəm qazından boğulan Məzahir Məcdunovun Vətən müharibəsi şəhidi Xalid Məcdunovun qardaşı olduğu məlum olub.
Xalid Məcdunov Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
O, 2020-ci il oktyabrın 2-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Qobustan rayonunun Poladlı kəndində dəfn olunub.
Qeyd edək ki, dəm qazından boğulan Məzahir Məcdunov sahibkar imiş. Onun Sumqayıt şəhəri, Yaşma bağları massivində fermer təsərrüfatı olub.
O, ötən gün fermaya heyvanlara baxmağa gəlib və axşam çobanların yanında qalıb. Səhər saatlarında fermer təsərrüfatının həyətindəki hamamda yuyunan Məzahir dəm qazından boğulub. Onun meyitini çobanlar hamamda aşkarlayıblar./oxu.az






