Doğuş zamanı dünyasını dəyişən qadının ölümünün ŞOK TƏFƏRRÜATLARI
Kateqoriya məlum deyil
Azərbaycanda daha bir hamilə qadın həkim səhlənkərlığı nəticəsində dünyasını dəyişib.
Sfera.az bildirir ki, bu barədə məlumatı BiG.AZ redaksiyasına mərhumun ailə üzvləri məlumat veriblər.
Onların verdiyi məlumata görə hamiləliyinin son günlərini yaşayan Turanə Məmmədova Qara Qarayevdə yerləşən 7 saylı doğum evinə götürülüb.
Onun qan analizləri götürülmədən qeysəriyyə əməliyyatına salıblar. Mərhum ana Turanə Məmmədovanın ailə üzvləri iddia edirlər ki, o, trombosit çatışmazlığından əziyyət çəkirmiş. Əməliyyat zamanı güclü qanaxma baş verib, o bir sutka qan itirib qanaxmanın səbəbini müəyyən etmək üçün xəstənin qarnı iki dəfə açılıb, uşaqlığı götürülüb, amma yenə də qanaxma dayanmayıb və nəticədə ana qanaxmadan dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın BiG.Az-a verdiyi məlumata görə hazırda məsələ ilə bağlı komissiya yaradılıb və ciddi şəkildə araşdırılır: "Hazırda komissiya həmin doğum evindədir. Məsələ ciddi araşdırılır. Ona görə də araşdırılmanın nəticələri bəlli olmadan biz sizə heç nə deyə bilmərik. Nəticələr bəlli olduğu halda mətbuata məlumat veriləcək”
Qeyd edək ki, mərhum ananın oğlan övladı dünyaya gəlib hazırda səhhətinin kafi olduğu bildirilir.