Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edildi - FOTO
Kateqoriya məlum deyil
T
Tanınmış azərbaycanlı jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindən oğurlanan bürünc barelyef bərpa edilərək yerinə quraşdırılıb.
Sfera.az Anews.az saytına istinadən xəbər verir ki, barelyefin sentyabrın 9-da yoxa çıxdığı məlum olub.
Həmin gün polis əməkdaşları şübhəli şəxsləri saxlayıb, bir neçə hissəyə mişarlanmış abidəni aşkarlayıblar.
Kompozisiyanın üzərindəki yazılar kəsildiyindən barelyefin yenidən hazırlanmasına qərar verilib. Bərpa işləri dövlət dəstəyi hesabına həyata keçirilib.







