Mədət Quliyev: "MTN-də çalışan bir neçə nəfər cinayət edib"
Kateqoriya məlum deyil
Milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev nazirliklərdə baş verənləri şərh edib.
"Ola bilər ki, MTN-də çalışan bir neçə nəfər cinayət edib və bu gün onların əməllərinə hüquqi qiymət verilir".
Sfera.az ANS PRESS-dən aldığı məlumata görə, bunu ədliyyə işçilərinin peşə bayramı münasibətilə bu gün Bakıda təşkil edilən velosiped yürüşündə iştirak edən milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev deyib.
Azərbaycan xalqının hər zaman MTN-ə inandığını deyən Mədət Quliyev, hər kəsin əməlinə hüquqi qiymət veriləcəyini bildirib : “Hər kəs bilməlidir ki, Azərbaycan hüquqi dövlətdir. Ölkədə qanun şahdır, hər kəs cinayət edərkən bilməlidir ki, gec, ya tez əməlinə hüquqi qiymət veriləcək, o, cinayətinə görə cavab verəcək".
O həmçinin əlavə edib ki, KİV-də yayılan müxtəlif məlumatlar ümumilikdə MTN-in bütün kollektivinə aid edilə bilməz: “MTN əməkdaşlarının 99 faizi saf, təmiz fəaliyyət göstərir. Əməkdaşlarımız vicdanla dövlətin təhlükəsizliyinin keşiyində dururlar”.
Bundan əlavə milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev bir neçə gün əvvəl ölkədə baş vermiş internet problemi ilə bağlı fikirlərini açıqlayıb.
M. Quliyev bildirib ki, internet kəsintisi “Delta Telekom”da qısaqapanmadan yaranan yanğın nəticəsində baş verib.
“Hazırda hadisə ilə bağlı araşdırma davam etdirilir. Hadisənin hər hansı aksiya və terror aktı olması ilə bağlı hələlik məlumat yoxdur”, - deyə o bildirib.

Mədət Quliyev - veloyürüşdə
Penitensiar Xidmətin rəisi general-leytenant Mədət Quliyev prezident İlham Əliyevin 20 oktyabr tarixində imzaladığı sərəncamı ilə Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyin olunub. Prezidentin digər sərəncamı ilə Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsi verilib.
Oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsindən sonra nazirlikdə həbslər başlayıb.Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb.

Eldar Mahmudov - keçmiş milli təhlükəsizlik naziri
Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. Keçmiş təhlükəsizlik nazirinin İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitəsilə münasibətlər yaratdığı və bu münasibətlərin çox dərin olduğu bildirilir.