Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq

Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq
Kateqoriya məlum deyil
T

Oktyabrın 9-da maqnit qasırğası güclənib və qırmızı səviyyəyə - K-indeksi 5.7-yə çatıb. Buna Günəş plazma axınının Yerə hücum etməsi səbəb olub.

Sfera.az bildirir ki, bu barədə Meteoagent və Britaniya Geoloji Xidməti məlumat verib.

Birinci proqnoz intervalı ərzində oktyabrın 6-da baş verən koronal kütlə atılmasının (CME) Yer kürəsinə çatacağı gözlənilir. Bu, aktiv geomaqnit şəraitinə və G1 maqnit fırtınasına səbəb ola bilər. Bəzi yerlərdə hətta G2-yə qədər güclənə bilər.

Geomaqnit dalğalanmaları oktyabrın 10-da davam edəcək və 11-dətac dəliklərinin və günəş küləyinin təsiri səbəbindən fırtınanın yenidən 5 bal gücündə güclənəcəyi gözlənilir.

Meteoroloji vəziyyətə həssas olan insanlara fəaliyyətlərini azaltmaq tövsiyə olunur.

Alimlərin fikrincə, artan geomaqnit aktivliyi ikinci interval ərzində davam edə bilər, lakin tədricən daha sakit səviyyəyə qayıtmalıdır./lent.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR