Məleykə Abbaszadə onu işdən çıxardı
Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun müdiri dəyişib.
Sfera.az xəbər verir ki, bununla bağlı DİM sədri Məleykə Abbaszadə müvafiq əmr imzalayıb.
Belə ki, Süraya Cəfərova Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektoru müdiri vəzifəsindən ayrılıb. Onun yerinə isə Pərvanə Taliyeva təyin olunub.
Qeyd edək ki, daha əvvəl DİM-in Maliyyə departamentinin İqtisadi təhlil, büdcə və hesabatlılıq şöbəsinin müdiri dəyişib. Belə ki, Elşən Cabbarov İqtisadi təhlil, büdcə və hesabatlılıq şöbəsinin müdiri vəzifəsindən ayrılıb, onun yerinə isə Vəfa Hüseynova təyin olunub. V.Hüseynova bu təyinata qədər Maliyyə departamentinin Mühasibatlıq sektorunun müdiri - Baş mühasib vəzifəsində çalışıb. Həmçinin həmin sektorun müdiri - Baş mühasib vəzifəsinə isə Simuzər Umbayeva təyinat alıb./iqtisadiyyat.az






