24 dövlət əmlakı özəlləşdirildi
Kateqoriya məlum deyil
Dövlət Komitəsinin təşkil etdiyi hərracda 24 dövlət əmlakı özəlləşdirilib.
Sfera.az Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, hərracda 5 kiçik dövlət müəssisəsi, 14 istifadəsiz qeyri-yaşayış sahəsi, 5 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bakı şəhəri üzrə 11 istifadəsiz qeyri yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 4 istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib.
Özəlləşdirilən kiçik dövlət müəssisəsi tikinti, ticarət, təmir, sahəsinə aid olub.
Sfera.az






