Qatarlarda gedişhaqqı bahalaşır
Kateqoriya məlum deyil
Ölkədaxili sərnişin və sürət qatarlarında gediş qiymətlərinə yenidən baxılacaq.
Sfera.az Azərbaycan Dəmir Yolları QSC-nin rəsmi saytın aistonadən xəbər verir ki, iyul ayının 15-dən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək.
Məqsəd sərnişinlərə göstərilən xidmət səviyyəsini yaxşılaşdırmaq, çevik tarif tənzimlənməsini təmin etmək və gediş haqlarının tənzimlənməsidir.
Şirkətdən fins.az-a verilən xəbərə görə isə Bakıdan rayonlara gedib-gələn sərnişin və sürət qatarlarında kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə aid olan biletlər 20% baha olacaq.
Sfera.az






