Nazirlik əmr imzaladı: Malyariyanın yayıldığı ölkələrə gedənlər…

Nazirlik əmr imzaladı: Malyariyanın yayıldığı ölkələrə gedənlər…

"Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın icrasını təmin etmək, eləcə də ölkənin investisiya cəlbediciliyinin gücləndirilməsi üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi istiqamətində səhiyyə sahəsində zəruri tədbirlərin davam etdirilməsi məqsədilə Səhiyyə Nazirliyinin əmri ilə Fəaliyyət Planı təsdiq edilib.

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, Səhiyyə Nazirliyinin Fəaliyyət Planına Sağlamlıq imkanları məhdud şəxslərin həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılmasına dair təkliflərin, ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olunması, sosial müdafiə sisteminin təkmilləşdirilməsi, ətraf mühitə mənfi təsirin neytrallaşdırılması məqsədilə təkliflərin, istehsal və xidmət müəssisələrinin ISO 14001 üzrə sertifikatlaşdırılmasının stimullaşdırılması məqsədilə təkliflərin hazırlanması daxildir.

Fəaliyyət Planına gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilməsi tələb olunmayan sənədlərə dair təkliflərin hazırlanması və müvafiq qaydada icra edilməsi, gömrük bəyannaməsi ilə birgə təqdim edilməli olan sənədlərin həqiqiliyinin gömrük orqanları tərəfindən yoxlanılması məqsədilə həmin sənədləri vermək səlahiyyəti olan qurumların elektron baza serverlərinə müvafiq qaydada giriş hüququnun təsbit edilməsi kimi bir sıra məsələlər də daxil edilib.

Sənəddə həmçinin səhiyyə sahəsində görüləcək işlər barədə tədbirlər müəyyənləşdirilib. Belə ki, malyariyaya görə endemik olan ölkələrə gedib gələn şəxslər və eləcə də belə ölkələrdən gələn xarici vətəndaşlar üzərində nəzarətin təmin edilməsi, vərəm xəstəliyinin profilaktikası, müalicəsi və kadrların hazırlanması, QİÇS-ə yoluxmuş xəstələrin antiretrovirus terapiyasına cəlb edilməsi və digər aktual məsələlər əks olunub.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü - FOTO

İyulun 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci zirvə toplantısı çərçivəsində Pak...

Emin Əbilov bu komandaya baş məşqçi təyin edildi

Qadın voleybolçulardan ibarət "Milli Aviasiya Akademiyası"na yeni baş məşqci təyin edilib.   Sfera.az xəbər verir ki, manset.az-ın məl...

Tələbələrimiz Çinin aparıcı universitetlərində təqaüdlə təhsil ALACAQ

Azərbaycanlı tələbələr Çinin aparıcı universitetlərində təqaüdlə təhsil alacaq. Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlum...

Prezident ECO-nun Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən sosial şəbəkə hesablarında paylaşım edilib...

Gün sizdən yanadır - Bu bürclərin DİQQƏTİNƏ

Bu gün səmada hərəkətlilik var. Günün əsas astroloji hadisəsi Ayın Şir bürcündə hərəkət etməsidir ki, bu da cəsarət, özünüifadə və yaradıcılıq enerjisini güclən...

Sərhədçi Olimpiya İdman Mərkəzində ümumrespublika iclası keçirilib

3 iyul 2025-ci il tarixində saat 19:00-da Sərhədçi Olimpiya İdman Mərkəzində ümumrespublika iclası keçirilib. Sfera.az bildirir ki, iclasda məşqçi-müəlliml...