Logo

Bakıda yataqxanada dəhşətli yanğın: Polis və sakinlər ağır yaralandı - VİDEO/FOTOLAR

Bakıda yataqxanada dəhşətli yanğın: Polis və sakinlər ağır yaralandı - VİDEO/FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakının Binəqədi rayonu, Səttar Bəhlulzadə 39 ünvanında yerləşən yataqxanada elektrik qısaqapanmasından baş vermiş yanğın zamanı 5 nəfər müxtəlif dərəcəlli xəsarət alıb.

Sfera.az
 report-a istinadən bildirir ki, xəsarət alanlardan biri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşıdır. O, təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Digər 4 xəsarət alana isə ambulator yardım göstərilib. 

Qeyd edək ki, hadisə ilə əlaqədar binanın sakinləri təxliyə edilib. Alovun söndürülməsi üçün əraziyə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Əlavə olaraq, sakinlərin təhlükəsizliyini təmin etmək üçün əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Qeyd edək ki, artıq binanın birinci, ikinci, üçüncü və dördüncü mərtəbələrinin sakinləri mənzillərinə qayıdıblar. Hadisə zamanı binanın 5-ci mərtəbəsindəki 3 mənzil tamamilə yanıb. 

03:24

Bakıda yanğın hadisəsi baş verib.

Sfera.az report-a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda, Əcəmi Naxçıvani küçəsində, "Ramin" şadlıq evinin arxasında yerləşən qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasının yuxarı mərtəbəsində qeydə alınıb.
Hadisə ilə əlaqədar sakinlər binadan təxliyə edilib. Alovun söndürülməsinə yanğınsöndürənlərm cəlb edilib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR