Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər

Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər
Kateqoriya məlum deyil
T

Bir neçə hesabda eyni paroldan istifadə etmək rahat görünsə də, bu vərdiş şəxsi məlumatların təhlükəsizliyini zəiflədə bilər.

Sfera.az xəbər verir ki, əgər istifadə etdiyiniz saytlardan birində məlumat sızması baş verərsə, oğurlanmış parol başqa hesablarınıza daxil olmaq üçün də yoxlanıla bilər.

Mütəxəssislər hər hesab üçün fərqli parol seçməyi tövsiyə edirlər. Uzun və təxmin edilməsi çətin parollar yaratmaq, onları yadda saxlamaq üçün parol menecerindən istifadə etmək və mümkün olduqda iki mərhələli doğrulamanı aktivləşdirmək hesabların qorunmasını gücləndirə bilər.

Əgər hansısa hesabınızın məlumatlarının sızdığı barədə xəbərdarlıq alsanız, həmin hesabın parolunu dərhal dəyişin. Eyni paroldan başqa hesablarınızda da istifadə etmisinizsə, onları da yeniləyin.\\azxeber.com

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR