Logo

Gələcəyin 330 milyon dollarlıq açıq terraslı hava gəmisi - FOTO

Gələcəyin 330 milyon dollarlıq açıq terraslı hava gəmisi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Super bahalı yaxtalarından usanan oliqarxlar gələcəkdə istirahətlərini sahəsi dörd futbol meydançasına bərabər olacaq "Halo" hava gəmisində keçirə biləcəklər.
Onun dəyəri 330 milyon dollardır.
Layihənin ideya və realizəsi artıq uzun müddətdir, dünyada ən böyük və superbahalı gəmilər, şəxsi təyyarələr və dəbdəbəli evlərin yüksək keyfiyyətlə istehsalçısı kimi özünü təsdiqləmiş Londonun "Andrew Winch Designs" şirkətinə məxsusdur.
Uzunluğu 811 metr təşkil edən hava gəmisinin prototipi 2013-cü ildə havada görünüb və ABŞ Mülki Aviasiya Federal İdarəsinin sertifikatını alıb.
Gələcəyin hava gəmisinə böyük məbləğdə pul qoymağa hazır olan istənilən şəxs belə ekstraordinar gəmiyə sahib olmaqdan başqa, həm də xeyli sayda üstünlüklərə iddia edə bilər. Gəmidə 20 yataq otağı, iş görüşləri üçün zona, spa mərkəzi, kinoteatr və bal keçirilməsi üçün zalın olması planlaşdırılır.
Bunda başqa, gəminin yük göyərtəsində dünyanın ən ucqar guşəsinə səyahət zamanı lazım ola biləcək hər şey yerləşə bilər. Gəmidə yaxtalar, vertolyotlar, avtomobillər və motosikletlər üçün də yer var.
Gələcəyin 330 milyon dollarlıq açıq terraslı hava gəmisi - FOTO
"Halo" sərnişinləri ətrafı araşdırmaq üçün aşağıya enmək istəsələr, gəmi belə xidmətlər üçün ən həqiqi süni üzük görünüşlü ada təqdim edir. O, gəminin alt hissəsindən aşağıya endirilir. Belə bir adadan dayvinq və yü üzgüçülüklə məşğul olmaq olduqca rahatdır.
"Halo" hava gəmisi 4000 metr hündürlüyə uça biləcək. Göyərtədəki qonaqlar açıq göyərtədən fantastik mənzərədən həzz almaq imkanına malik olacaqlar.
Şəhərlər, dağlar və insan ayağı dəyməmiş ərazilər üzərində uça biləcək gəminin bəzi hissələrində şəffaf döşəmələr var. Bu, təkcə aşağıda baş verənləri müşahidə etməyə deyil, həm də unudulmaz hislər və təəssüratlar əldə etməyə imkan verəcək.
Gəmi həm quruya, həm də suya vertikal uçuş və eniş imkanına malik olacaq.
Ehtimal edilir ki, gəmi təxminən 10 min kilometr məsafəni 200 km/file/articles/saat sürətlə uça biləcək.
İdeya müəlliflərinin sözlərinə əsasən, gəmi yanacaq sərfiyyatı baxımından sərfəli olacaq.
Bundan başqa, gəmi ölçülərinə baxmayaraq, onun aerodinamik xarakteristikasını yaxşılaşdıran xarici örtük və karkasın hazırlandığı kompozisiya materialları sayəsində kifayət qədər yüngül olacaq.
Bu layihənin həyata keçirilməsi yolunda yeganə maneə olaraq, düşünüləni həyata keçirməyə yardımçı olacaq maraqlı müştərini tapmağın çətin olmasıdır.
Şirkət inanır ki, onun layihəsi bir sıra şirkətlərin nəqliyyatın qeyri-ənənəvi növlərinin yaradılması sahəsində öz səylərini birləşdirəcəkləri zaman həyata keçəcək. SalamNews
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR