Logo

Bakıda 7 nəfəri gün vurdu - Xəbərdarlıq

Bakıda 7 nəfəri gün vurdu - Xəbərdarlıq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu il yay mövsümü başlayandan, yəni iyunun 21-dən bu günə qədər Bakıda 7 nəfəri gün vurub.

Sfera.az xəbər verir ki, bunu Report-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

O bildirib ki, gün vuranlardan iki nəfəri xəstəxanaya yerləşdirilib.

R.Nağıyev vətəndaşlara günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında açıq havada çox olmamağı, qoruyucu vasitələrdən istifadə etməyi, çoxlu sərin maye qəbul etməyi tövsiyə edib: "Hətta yüngül dərəcəli günvurma halları olduqda belə vətəndaşın durumuna nəzarət məqsədilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur”.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR