Logo

İmkanımız olsa, bu verilişləri bağlayarıq – MTRŞ

İmkanımız olsa, bu verilişləri bağlayarıq – MTRŞ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şou proqramlar televiziya yaradıcılığında əsas janrlardandır. Bu səpkidə verilişlərin kütləviliyi normaldır, xüsusilə özəl kanallarda. Lakin əlbəttə ki, şou verilişlərin səviyyəsinin aşağı olması bizi də narahat edən məsələdir.

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

T.Dadaşov vurğulayıb ki, bu məsələ yaradıcılıq işidir:

"Əgər bir kanal səviyyəsi aşağı olan şou veriliş yayımlayırsa, öz imicinə xələl gətirmiş olur. Bu məsələdə bizim üzərimizə düşən vəzifə həm bu şou verilişlərdə, həm də digər verilişlərdə qanunvericiliyin, milli-mənəvi dəyərlərin tələblərinin pozulmasının qarşısını almaqdır".

Onun sözlərinə görə, MTRŞ hər hansı şou verilişin səviyyəsinə qarışa bilməz:

"Bu, kanalın yaradıcılıq işdir. Əgər belə bir səlahiyyətimiz olsaydı, milli efirimizdə xeyli şou veriliş tərəfimizdən bağlanardı".

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR