Logo

Həftənin ilk iş günü hava necə olacaq?

Həftənin ilk iş günü hava necə olacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İyulun 3-də Bakıda və Abşeron yarımadasında havanın günəşli olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 20-23° isti, gündüz 32-37° isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a bildirilib ki, Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz 35-40° isti, bəzi yerlərdə 42° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 33-38° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24° isti, gündüz 35-40° isti, bəzi yerlərdə 42° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı və şərq küləyi əsəcəyi ehtimal edilir. Havanın temperaturunun gecə 20-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR