Logo

10.000 manata köhnə soyuducu: “Zil-Moskva” gizli dinləməyə qarşı?

10.000 manata köhnə soyuducu: “Zil-Moskva” gizli dinləməyə qarşı?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Son vaxtlar köhnə “Zil Moskva” tipli soyuducuların yeni müştəriləri peyda olub. Onlar keçmiş SSRİ istehsalı olan həmin soyuducuları əhalidən çox yüksək qiymətə - hətta 10 min manatdan yuxarı məbləğə,- satın alırlar.

Köhnə soyuducuların hansı məqsədlərlə bu cür fantastik qiymətə (bir normal maşının pulu!) satın alındığı gizli saxlanılır. Bəzi məlumatlara görə, həmin soyuducularda olan əlvan metallar çox qiymətlidir. Amma söhbət hansı əlvan metaldan gedir? 

Doğrudanmı, sovet vaxtı soyuducuların düzəldilməsi zamanı qızıl və platindən istifadə olunub? Əlbəttə yox...

10.000 manata köhnə soyuducu: “Zil-Moskva” gizli dinləməyə qarşı?

Şəhərin “Şamaxinka” adlanan hissəsində soyuducuların satışı və alışı ilə məsğul olan Şöhrət adlı ustanınAzVision.az-a dediyinə görə, həmin soyuducuların içərisində olan xüsusi metal telefonların gizli yolla dinləniləməsinə mane olur. Usta hətta “Zil Moskva” tipli soyuducularda olan həmin metalın təyyarələrdəki səs yazan “qara qutu”nun örtüyü ilə eyni olduğunu bildirdi: 

- Həmin soyuducular işlək vəziyyətdə olmasa da, qiymətləri çox bahadır. Bildiyimə görə, həmin soyuducular telefonların gizli yolla dinlənilməsinə mane olur. Onların içində şəbəkəni pozan xüsusi xətlər var. Mənim Sulutəpə qəsəbəsində yaşayan bir qohumum var, həmin soyuducunu 17 min manata satdı. “Zil Moskva” soyuducularının “77”, “1717” və “1200” markaları var. Şəklini göndərin, baxaq, əgər bizim axtardığımızdandırsa, baha qiymətə alarıq. 

10.000 manata köhnə soyuducu: “Zil-Moskva” gizli dinləməyə qarşı?

Yerindəcə bir təcrübə apardıq. Mobil telefonu danışa-danışa soyuducunun içinə qoydum. Doğrudan da, şəbəkə itdi. Bu, soyuducunun daxilindəki gümüşə oxşayan xüsusi metala görə belə olur. Həmin metal çıxarılandan sonra soyuducu qiymətini itirir. Metalın çəkisi haradasa 600-700 qram olur.

- Bu soyuducular ortalama 10 min manat ətrafında bir qiymətə satıla bilər. Əgər qapılarının üzərinə 7777 rəqəmi yazılıbsa, lap baha qiymətə alırlar,- deyə Şöhrət usta əlavə etdi.

10.000 manata köhnə soyuducu: “Zil-Moskva” gizli dinləməyə qarşı?

Soyuducular üçün avadanlıqların satışı ilə məşğul olan başqa yerlərdə də olduq. Bizə bildirdilər ki, həmin sirli metal yeni soyuducularda olmur: “O metallar sovet istehsalı olan soyuducuların buzxanlarında olurdu. İndi həmin soyuducuları və avadanlıqları tapmaq mümkün deyil”.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR