Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı

Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı
Kateqoriya məlum deyil
T

Bu ildən Həcc ziyarətinə yollanacaq azərbaycanlı zəvvarlarla bağlı yeni tibbi tələblər qüvvəyə minəcək.

Sfera.az xəbər verir ki, Səudiyyə Ərəbistanı bu qaydaları ötən ildən tətbiq edir. Tələblərə əməl etməyən bəzi Həcc missiyalarının cərimələndiyi bildirilir.

Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc elektron şöbəsinin rəhbəri Vüsal Cahangirinin sözlərinə görə, azərbaycanlı zəvvarların əksəriyyəti gənc və orta yaşlı şəxslərdir. Buna görə də yeni məhdudiyyətlərin müraciətlərin sayına ciddi təsir göstərəcəyi gözlənilmir.

Yeni tələblər orqan, ürək və qaraciyər çatışmazlığı, ağciyər xəstəlikləri, eləcə də ağır nevroloji, psixi və digər xroniki xəstəlikləri olan şəxslərə şamil edilir.

Vüsal Cahangiri qeyd edib ki, bu cür sağlamlıq problemi yaşayan şəxslər əvvəlki illərdə də Həcc ziyarətinə müraciət etməyiblər.

Hazırda Həcc üçün 80-dən çox müraciət qeydə alınıb və müraciət edənlər arasında ciddi tibbi problemi olan şəxs aşkarlanmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR