Logo

Qaraçuxurun çala-çuxurlu yolları abadlaşır

Qaraçuxurun çala-çuxurlu yolları abadlaşır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qaraçuxur qəsəbəsində yollar yenidən təmir edilir.

Azəravtoyol ASC-dən Sfera.az-a verilən məlumata görə, yenidənqurma işləri qəsəbənin Etibar Bəkirov küçəsində aparılır.

Layihə çərçivəsində küçənin eni 9-12 metrə qədər genişləndirilib. Hazırda yolun asfaltlanması işlərinə start verilib. Ümumilikdə yolun asfaltlanması üçün 20 min m2 sahəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Etibar Bəkirov küçəsində aparılan yenidənqurma işləri çərçivəsində 1.5 m enində piyada səkiləri inşa edilib. Piyada səkilərinin salınması üçün 5 min p/m səki daşından istifadə olunub.

Qeyd edək ki, asfaltlanma işləri tamamilə başa çatdıqdan sonra zəruri olan yerlərdə 55 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yolgöstərci xətlərinin çəklişi işləri aparılacaq.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR