Oktyabrla bağlı XƏBƏRDARLIQ - 9 GÜN...

Oktyabrın bəzi günlərində geomaqnit aktivliyin artacağı gözlənilir.
Bu isə meteohəssas insanların özlərini daha narahat hiss etməsinə səbəb ola bilər.
Sfera.az xəbər verir ki, proqnozlara əsasən, xüsusilə 22 və 31 oktyabr tarixlərində G1 səviyyəli geomaqnit qasırğasının baş verməsi ehtimal olunur. Bundan başqa, 6, 21 və 23 oktyabr tarixlərində də geomaqnit aktivliyin artacağı, 7, 11-14 və 24 oktyabr tarixlərində isə qeyri-sabit şəraitin müşahidə edilə biləcəyi bildirilir.
Mütəxəssislərin fikrincə, geomaqnit aktivliyə həssas insanlar belə günlərdə baş ağrısı, halsızlıq, yuxu pozuntusu və ümumi narahatlıq kimi şikayətlər hiss edə bilərlər. Lakin bu simptomların birbaşa maqnit qasırğalarından qaynaqlandığını təsdiqləyən elmi sübutlar məhduddur.
Meteohəssas insanların bu dövrdə kifayət qədər yatması, gün ərzində maye qəbulunu artırması, stressdən uzaq durması və özlərini həddindən artıq yormaması tövsiyə olunur. Xüsusilə ürək-damar xəstəlikləri olan şəxslər isə özlərini narahat hiss etdikləri halda bunu yalnız hava və geomaqnit aktivliklə əlaqələndirməməli, davamlı və güclü simptomlar yarandıqda həkimə müraciət etməlidirlər.
Fatimə






