Logo

Astarada 38 kənd üçün dağları yarırlar

Astarada 38 kənd üçün dağları yarırlar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu il reallaşdırılan 40 avtomobil yolu layihəsindən biri də Astara rayonunda icra olunur. Söhbət Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisindən gedir.

Sfera.az xəbər verir ki, 2 hərəkət zolaqlı və uzunluğu 26 km olan avtomobil yolu "Hirkan” Milli Parkının ərazisindən keçir.

Layihədə avtomobil körpüsünün tikilməsi də nəzərdə tutulub. Körpü yolun 12.4-cü km-də yerləşəcək. Körpünün uzunluğu 28 metr, eni isə 6 metr olacaq.

12 min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının yenidən qurulması vətəndaşların gediş-gəlişinin rahatlaşmasında, yük və sərnişin daşımasının yaxşılaşmasına gətirib çıxaracaq, sözügedən ərazilərdə yeni turizm marşrutlarının yaranmasına? bununla da turizmin inkişafına səbəb olacaq.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR