Google Gemini-nin pulsuz istifadəsini məhdudlaşdırır
"Google" oktyabrın 9-dan süni intellekt modelləri "Gemini Flash" və "Gemini Pro"ya çıxışı yalnız ödənişli abunəliyi olan istifadəçilərlə məhdudlaşdıracaq.
Sfera.az xəbər verir ki, bu barədə şirkətin yardım mərkəzində yayımlanan məlumatda bildirilib.
Qeyd olunur ki, 2026-cı ilin oktyabrından şəxsi hesab istifadəçilərinin "Gemini" tətbiqlərində modellərə çıxış qaydaları dəyişəcək.
Süni intellekt abunəliyi olmayan istifadəçilər üçün yeni qaydalar oktyabrın 9-dan qüvvəyə minəcək.
Bununla belə, abunəliyi olmayan istifadəçilər "Gemini Flash-Lite" versiyasından istifadə etmək imkanını saxlayacaqlar.
Google oktyabrın 1-də yeni flaqman süni intellekt modeli Gemini 4 Argonu təqdim edib. Hazırda modelə çıxış kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən bəzi şirkət və təşkilatlarla məhdudlaşır.






