Kükü dağına qar yağıb

Kükü dağına qar yağıb
Kateqoriya məlum deyil
T

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yerləşən Kükü dağına qar yağıb.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən Sfera.az-ın məlumata görə, Kükü kəndindən 8 kilometr şimal-qərbdə yerləşən və mütləq hündürlüyü 3120 metr olan Kükü dağının zirvəsi ağ örpəyə bürünüb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən oktyabrın 1-dən 5-dək muxtar respublika ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi və yüksək dağlıq ərazilərdə qara keçəcəyi ilə bağlı proqnoz verilmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR