Aysel Bayramova İŞDƏN ÇIXDI

Aysel Bayramova İŞDƏN ÇIXDI
Kateqoriya məlum deyil
T

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnzibati İdarəetmə departamentinin Satınalma və təchizat şöbəsinin müdiri Aysel Bayramova öz istəyi ilə vəzifəsindən azad olunub.

Sfera.az xəbər verir ki, o, Azərbaycanın peşəkar su mühəndisliyi şirkəti olan “Aqualink”də fəaliyyətə başlayıb.

Müvafiq əmrlə A.Bayramova “Aqualink” şirkətinin Satınalma, təchizat və tenderlər şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, A.Bayramova 2022-2024-cü ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində baş məsləhətçi, 2024-2026-cı ildə TƏBİB-də şöbə müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, Azərbaycan brendi “Aqualink” 2010-cu ildən fəaliyyət göstərir. Dünyanın 50-dən artıq qabaqcıl su mühəndisliyi və kimya şirkəti ilə tərəfdaşlığa malik olan şirkət indiyədək 200-dək iri layihə həyata keçirib və bir çox layihələrdə tərəfdaşlıq edib./Yurd.Media/

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR