Metroda problem: Sərnişinlər tuneldə qaldı
Kateqoriya məlum deyil
Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb."Bakı Metropoliteni" ASC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a açıqlamasında bildirib ki, 42 saylı marşrut xətti üzrə hərəkət edən “Dərnəgül”-“Həzi Aslanov”qatarında “Nərimanov” stansiyasında nasazlıq yaranıb.Qurum rəsmisi qeyd edib ki, bu səbəbdəb arxadan gələn qatarlar bir qədər gözləməli olub: “Problemlə əlaqədar “Ulduz”-“Nərimanov” stansiyaları arasında 15 saylı marşrut üzrə hərəkət edən qatar tuneldə dayanmalı olub. Hazırda problem aradan qaldırılıb və normal hərəkət var”.Sərnişinlər isə yaranan problemə görə, yarım saata yaxın tuneldə qaldıqlarını bildirilib.






