Logo

Metropolitendən "Avtovağzal" AÇIQLAMASI

Metropolitendən "Avtovağzal" AÇIQLAMASI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Metronun "Avtovağzal" stansiyası 2016-cı ilin ilk yarısında istifadəyə verilə bilər.

Bu barədə aznews.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, sözügedən stansiyanın tikinti işləri başa çatıb:

"İşlər yekunlaşmaq ərəfəsindədir. Tikinti tam başa çatıb, abadlıq və avadanlıqların quraşdırılması prosesi gedir".

N.Paşayev əlavə edib ki, həmin istiqamətdə 8-ci çıxışı olan Biləcəri istiqamətindəki keçiddə də son tamamlama işləri aparılır.

Qeyd edək ki, Metronun "Avtovağzal" stansiyasının tikintisinə 2011-ci ildə başlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR