İcra başçısının müavini vəzifədən azad edilib
Kateqoriya məlum deyil
Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Arzu Məmmədova və icra hakimiyyətinin sektor müdiri – RİH-in baş mühasibi Gülnarə Bağırova vəzifəsindən azad edilib.
İşdən çıxarılan vəzifəli şəxslərin yerlərinə hələlik təyinat olmayıb. Sektor müdiri – RİH-in baş mühasibi vəzifəsini Ceyhun Abbasov əvəz edir.
Qeyd edək ki, A.Məmmədova RİH başçısının müavini vəzifəsinə 2014-cü ildə təyin olunub. O, bu vəzifəyə qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsində çalışıb. (report)
Sfera.az






