Logo

Xanım çempionumuz faciəvi şəkildə öldü - fotolar

Xanım çempionumuz faciəvi şəkildə öldü - fotolar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölüb.

Sfera.az BakuPost.az-a istinadən xəbər verir ki, idmançı avtomobil qəzasına düşüb. Belə ki, dünən axşam saatlarında Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Arzu Mustafayev faktı təsdiqləyib. Bildirib ki, o, bu sahə üzrə tanınmış idmançı İlqar Məmmədovun qızıdır.
 
Faktla bağlı araşdırma aparılır.

Xanım çempionumuz faciəvi şəkildə öldü - fotolar Xanım çempionumuz faciəvi şəkildə öldü - fotolar Xanım çempionumuz faciəvi şəkildə öldü - fotolar Xanım çempionumuz faciəvi şəkildə öldü - fotolar
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR