İdmançımız dünya üçüncüsü oldu
Kateqoriya məlum deyil
Azərbaycan idmançısı Valentin Xristov ABŞ-da keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanıb.
Goal.az xəbər verir ki, atletimiz 317 kiloqram (141+176) nəticə ilə mundialı üçüncü pillədə başa vurub. Dünya çempionu adına çinli Lyun Çen sahib olub. Koreya Respublikasının idmançısı Kim Un Huk isə çempionatda gümüş medal qazanıb
Qeyd edək ki, çempionat şəxsi və komanda hesabında "Rio-2016" Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.






