Regiona soyuqlar gəlir: bu tarixlərdə qar yağacaq

Regiona soyuqlar gəlir: bu tarixlərdə qar yağacaq
Kateqoriya məlum deyil
T

Rusiyada ən azı üç şəhərdə oktyabr ayında ilk qar yağacaq.

Sfera.az xəbər verir ki, bu barədə “Meteo” proqnoz mərkəzinin rəhbəri Aleksandr Şuvalov “RİA Novosti”-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq ayın ilk həftəsində – 2 və 3 oktyabr tarixlərində Yekaterinburqda qar yağacaq.

“Kazanda və Ulyanovskda sulu qar gözlənilir”, – sinoptik əlavə edib.

Şuvalovun sözlərinə görə, hazırda Moskvada qar yağacağı proqnozlaşdırılmır.

Qeyd edək ki, Azərbaycanda da oktyabrın ilk günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi ərazilərdə leysan, şimşək və dolu olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yüksək dağlıq ərazilərdə qar yağması, dağlıq ərazilərdə isə sulu qara keçməsi ehtimalı var./globalinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR