Logo

“Məndən gizlin əməliyyata getdi” - Leylanın anası faciədən danışdı

“Məndən gizlin əməliyyata getdi” - Leylanın anası faciədən danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakıda əməliyyatdan sonra dünyasını dəyişən 22 yaşlı model Leyla Oruclunun anası faciə ilə bağlı yenicag.az-a danışıb.

Sevinc xanım qızının ondan xəbərsiz əməliyyata getdiyini bildirib:

"Qızım ölümü ilə məni yandırdı. Məndən gizlin əməliyyata getdi, ürəyimə dağ çəkdi. Hələ ki, başım məclisə qarışıb, danışacaq halda deyiləm. Məclisi yola verəndən sonra hansı addım atacağımız barədə qərarımı bildirəcəm. Balamın ölümünə səbəb olanlar cəzasını çəkəcək”.

Bu ayın 23-də ailəsindən xəbərsiz liposaksiya (piy sovurma) əməliyyatına girən model iki gün sonra böyrək çatışmazlığından dünyasını dəyişib.

Bu məqamda qeyd edək ki, bu, gənc qızın ilk plastik əməliyyatı olub.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR