Rövnəq Abdullayev Gürcüstanın Baş naziri ilə görüşdü
Kateqoriya məlum deyil
Gürcüstanda işgüzar səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili ilə görüşüb.
Bu barədə SOCAR-ın saytı xəbər verir.
R.Abdullayev Ulu öndər Heydər Əliyevin Tbilisi şəhərindəki abidəsini ziyarət edib və abidənin qarşısına gül dəstəsi qoyub.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi V.Əliyev və "SOCAR Energy Georgia”nın baş direktoru M.Məmmədov da iştirak ediblər.
Sfera.az






