Yüksək ixtisaslı miqrantlar 20 il müddətinə gəlir vergisindən azad ediləcək

Yüksək ixtisaslı miqrantlar 20 il müddətinə gəlir vergisindən azad ediləcək
Kateqoriya məlum deyil
T

Azərbaycanda yüksək ixtisaslı miqrantlar üçün yeni vergi güzəşti təklif olunur.

Sfera.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Miqrasiya Məcəlləsində nəzərdə tutulan yüksək ixtisaslı miqrantların Azərbaycan ərazisindən kənarda yerləşən və ya qeydiyyatda olan qeyri-rezident şəxslərlə bağladıqları əmək müqavilələri çərçivəsində xaricdən əldə etdikləri gəlirlər 2027-ci il yanvarın 1-dən etibarən 20 il müddətinə gəlir vergisindən azad ediləcək.

Qeyd edək ki, dəyişiklik layihəsi müzakirələrdən sonra Milli Məclisdə I oxunuşda qəbul edilib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR