Bu şəxslərə yeni güzəştlər tətbiq ediləcək

Bu şəxslərə yeni güzəştlər tətbiq ediləcək
Kateqoriya məlum deyil
T

Pay (səhm) iştirakı planı çərçivəsində pay əldə edən işçilər üçün gəlir vergisi ilə bağlı yeni güzəştlər təklif olunur.

Sfera.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb. Məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, 2027-ci il yanvarın 1-dən 10 il müddətinə müəyyən şərtlərə cavab verən işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilələr əsasında əvəzsiz və ya güzəştli şərtlərlə əldə etdikləri paylardan yaranan gəlirlər, eləcə də həmin payların sonradan digər şəxslərə təqdim edilməsindən əldə olunan gəlirlər gəlir vergisindən azad ediləcək.

Güzəştdən yararlanmaq üçün payı əldə edilən müəssisə texnologiyalar parkının rezidenti olmalı və parkın fəaliyyəti ilə əlaqəli olmayan başqa fəaliyyətlə məşğul olmamalıdır. Bundan başqa, payı əldə edən işçinin həmin müəssisədə ən azı bir il fəaliyyət göstərməsi tələb olunur. Vergidən azad ediləcək payın dəyəri isə müəssisənin xalis aktivlərinin dəyərinə uyğun hesablanacaq. Aktivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan artım bu hesablamaya daxil edilməyəcək. Qeyd edək ki, dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Məsələ müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR