Naxçıvanda skuterlə motosiklet toqquşub, xəsarət alanlar var

Naxçıvanda skuterlə motosiklet toqquşub, xəsarət alanlar var
Kateqoriya məlum deyil
T

Naxçıvanda skuterlə motosiklet toqquşub.

Sfera.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Motosikletlə skuterin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar - Uğur Əsgərov, Amin Quliyev və Simuzər Xəlilli Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR