Əli Həsənovun qızı Dubayda biznes qurdu - FOTOLAR

Kateqoriya məlum deyil
T
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı Dubayda biznes qurub.
Sfera.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Onun sözlərinə görə, S.Mehbalı bu il Cümeiradakı (Dubay) “First Avenue Mall” alış-veriş mərkəzində qızıl-zinət və bahalı aksessuarlar mağazasını açıb.
1500 kv.metr sahəsi olan mağazada satışa təqdim olunan brend çantalar, bahalı saatlar və zinət əşyalarının ümumi dəyəri 3 milyon dollardan artıq qiymətləndirilir.








