Narın içində qurd yoxdur, amma yenə də çürüyür

Göyçayda nar bağlarında sarı çürümə xəstəliyi kütləvi şəkildə yayılıb.
Sfera.az xəbər verir ki, fermerlərin sözlərinə görə, narın tac hissəsində çürümə başlayır:
"Bəzi narların çürüməsi qurdla bağlı olsa da, digərləri qurd olmadan da çürüyür. Əvvəl 300 nar məhsul verən ağac indi 50-60 nar verir. Bu çürümə məhsuldarlığa da təsir edəcək. Bağlarda yalançı çiçəklər də açır. Bu halların çoxu hava şəraiti ilə bağlıdır. Xəstəlik daha çox Balamürsəl, Gülöyşə sortlarına düşüb".
Fermerlər bildiriblər ki, xəstəliyə görə məhsulu vaxtı-vaxtında dərmanlasalar da, xeyir eləmir. Xəstəlik digər məhsullara da yayılıb.
Bəs xəstəliyin digər məhsullara keçməyinin qarşısını necə almaq olar?
Məsələ ilə bağlı mütəxəssis Soltan Səlimov bildirib ki, həmin xəstə məhsulları ağacdan qırmaq lazımdır. Nar yığımına qədər məhsulu qorumaq lazımdır.
Qeyd edək ki, Göyçayda 3200-yə yaxın nar bağı var.






