Xalq artistinin dəfn ediləcəyi məzarlıqdan cadu tapıldı - FOTOLAR

00:18 / 27.06.2017
4933
Bakının Binə məzarlığında qəbirlərdən birinin yanında yer basdırılmış vəziyyətdə cadu tapılıb.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı Bakı sakini Məhərrəm Əliyev verib.
Onun sözlərinə görə, sellafon torbanın içində sapla bağlanmış qıfıl və digər əşyalar olub. "Bu gün ailəmdən birinin məzarına getmişdim. Qəbrin yanında üstü torpaqla örtülmüş sellafon torba tapdım. Onun içində bir neçə açar, sapla bağlanmış qıfıllar və şəkilə yapışdırılmış kağız var idi. Kağızı da iynə ilə deşik-deşik eləmişdilər", - deyə Bakı sakini bildirib. Məhərrəm Əliyev saytımız vasitəsilə müraciət edib ki, şəkildəki insanları tanıyanlar yuxarıda qeyd edilən telefon nömrəsi (0774348639) ilə əlaqə saxlasınlar. (BAKU.WS)
Xatırladaq ki, bu gün dünyasını dəyişən xalq artisti, tanınmış xanəndə Qəndab Quliyeva xa Bakının Binə qəbiristanlığında, anasının yanında dəfn ediləcək.