Anım Günü ilə bağlı GİKM-in regional nümayəndəlik və bölmələrində silsilə tədbirlər keçirilib

Anım Günü ilə bağlı GİKM-in regional nümayəndəlik və bölmələrində silsilə tədbirlər keçirilib
Kateqoriya məlum deyil
T

27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) regional nümayəndəlik və bölmələrində dərin ehtiramla yad edilib.

Anım Günü çərçivəsində GİKM-in 11 regional nümayəndəliyi və 44 bölməsində müxtəlif istiqamətləri əhatə edən silsilə fəaliyyətlər həyata keçirilib. Gənclərin iştirakı ilə Şəhidlər xiyabanları ziyarət olunub, şəhidlərin məzarları önünə gül dəstələri düzülüb və onların əziz xatirəsi yad edilib.

Anım Gününə həsr olunmuş görüşlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda şəhidlərin göstərdiyi misilsiz fədakarlıq və qazilərin döyüşlərdə nümayiş etdirdiyi qəhrəmanlıq xüsusi vurğulanıb. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər xalqımızın milli iradəsinin, qəhrəman şəhid və qazilərimizin şücaətinin nəticəsidir.

Eyni zamanda, gənclərin tarixi hadisələr barədə məlumatlılığının artırılması və vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə müxtəlif mədəni-maarifləndirici fəaliyyətlər də təşkil olunub. Mövzu ilə bağlı inşa müsabiqəsi keçirilib, Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini əks etdirən “Görünməyən qəhrəmanlar”, “Kod adı Yaşma” və “44” filmləri nümayiş etdirilib.

Bu gün şəhidlərimizin uğrunda canlarından keçdiyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri aparılır və sakinlərin doğma yurdlarına qayıdışı davam edir. Üçrəngli bayrağımızın həmin ərazilərdə dalğalanması Zəfərimizin rəmzidir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR