Logo

Qəndab Quliyevanın bacısı danışdı: "Məlumat yalnışdır" - ÖZƏL

Qəndab Quliyevanın bacısı danışdı: "Məlumat yalnışdır" - ÖZƏL
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xəbər verdiyimiz kimi, müğənni, aktrisa, Azərbaycan Respublikasının xalq artisti Qəndab Quliyevanın bir neçə saat öncə vəfat etməsi ilə bağlı xəbər yayılıb.
Sfera.az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün müğənni Qəndab Quliyevanın ailəsi ilə əlaqə saxlayıb.
Qəndab Quliyevanın bacısı Gülarə Quliyeva Sfera.az-a açıqlmasında bildirib ki, məlumat yalnışdır:
"Məlumat tam dəqiq deyil, demək olar ki, yalnışdır. Özümü rahat hiss etmirəm, üzürlü bilin çox danışa bilmərəm. İndi xəstəxanaya gedirəm".

Qeyd edək ki, Xalq artisti uzun müddətdir ürək çatışmazlığından əziyyət çəkir. O, bir neçə gün öncə xəstəxanaya yerləşdirilib.

Qəndab Quliyeva 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980 cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991-1996 cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. 1981 ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.

Orxan
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR