Bəzi ərazilərdə qaz olmayacaq

Kateqoriya məlum deyil
T
Bu gün paytaxtın iki rayonunun bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu barədə Sfera.az-a "Azəriqaz"a istinadən xəbər verir.
Məlumata görə, qaz xəttinin yerinin dəyişdirilməsi və "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar 28.09.2026-ci il tarixində saat 10:00-dan Suraxanı rayonunun AB yaşayış massivinin, saat 11:00-dan 13:00-dək Qaradağ rayonunun Vulkan ərazisinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.






