Logo

Prokurorluqdan bugünkü dəhşətli ölümlərlə bağlı açıqlama

Prokurorluqdan bugünkü dəhşətli ölümlərlə bağlı açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hər iki iş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilib

Bakıda intihar faktları ilə əlaqədar cinayət işi açıldı.

Bakı şəhər prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, noyabrın 23-də saat 12 radələrində Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasının yaxınlığında, 1981-ci il təvəllüdlü Malik Hüseynovun üzərinə neft məhlulu tökərək özünü yandırması və aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi, bundan başqa, həmin gün saat 15 radələrində paytaxtın Bakıxanov qəsəbəsində, 1990-cı il təvəllüdlü Ayişə Dadaşovanın özünü yaşadığı evin 19-cu mərtəbəsindən ataraq intihar etməsi faktlarına görə Binəqədi və Sabunçu rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işləri başlanıb.

Hər iki iş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilib və hadisələrin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.



Paytaxtda sentyabr ayının 14-də də intihar hadisəsi qeydə alınıb. Gəncə prospekti ev 50, mənzil 75 ünvanında yaşayan, 1976-cı il təvəllüdlü Natalya Denisova Konstantinovna özünü yaşadığı 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən atıb. 

Ağır xəsarətlər alan qadını dərhal 3 saylı klinik xəstəxanaya aparıblar. Lakin xəsarətlərinin ağır olduğu üçün o, xəstəxanada dünyasını dəyişib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR