Logo

Bakı heyranedicidir - Ekklstoun

Bakı heyranedicidir - Ekklstoun
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıya heç vaxt gəlməyənlərə bura səfər etməyi məsləhət görürəm. Azərbaycan və Bakı heyranedicidir.

Bunu Formula-1-in sabiq sədri Berni Ekklstoun Bakı Şəhər Halqasının (BŞH) rəsmi Feysbuk səhifəsində təşkil olunan canlı müsahibə zamanı deyib.

87 yaşlı funksioner BŞH-nın özəlliklərinə də toxunub: "İnsanlar şəhər treklərini çox sevirlər. Çünki özlərini maşınlara yaxın hiss edirlər”.

B.Ekklstoun "Nəvəniz Formula-1 pilotu olmaq istəsə, ona nə deyərdiniz” sualına belə cavab verib: "Deyərdim ki, o qədər axmaq olma, həvəsin keçəcək”.

Qeyd edək ki, Berni Ekklstoun Formula-1-ə 1974-cü ildən 2017-ci ilin əvvəlinə qədər rəhbərlik edib. Məhz britaniyalı yarışları kommersiya baxımından ildə 2 milyard dollardan çox gəlir gətirən uğurlu layihə edib. (report)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR