“Kalaşnikov” Bakıya ən yeni silahlarını gətirir – İlk dəfə...

“Kalaşnikov” Bakıya ən yeni silahlarını gətirir – İlk dəfə...
Kateqoriya məlum deyil
T

Rusiyanın “Kalaşnikov” konserni Bakıda keçiriləcək ADEX 2026 beynəlxalq müdafiə sərgisində bir sıra yeni silah və hərbi texnologiyalarını ilk dəfə nümayiş etdirəcək.

Sfera.az xəbər verir ki, sərgidə AK-12 və AK-15 avtomatlarının yeni versiyaları – qısaldılmış AK-12K və AK-15K, eləcə də kiçikölçülü AK-12SK və AK-15SK təqdim ediləcək.

Bundan başqa, konsern Azərbaycanda ilk dəfə “KUB” ailəsinə daxil olan yeni barraj edən sursatları – KUB-2-E, KUB-10E və ən yeni KUB-10ME modellərini nümayiş etdirməyi planlaşdırır.

Ekspozisiyada həmçinin Çukavin snayper tüfəngi, PPK-20 tapança-pulemyotu, pilotsuz sistemlər, taktiki təchizat və zirehli texnikanın dinamik müdafiə elementləri yer alacaq.

ADEX 2026 sentyabrın 30-dan oktyabrın 2-dək Bakı Ekspo Mərkəzində keçiriləcək. Rəsmi məlumata görə, bu, sayca 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisidir./musavat.com

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR