Dollar ilə bağlı həlledici məlumat açıqlanacaq
Bu gün Bakı vaxtı ilə saat 17:30-da ABŞ iqtisadiyyatının ilin 3-cü rübündə artımına dair məlumat açılanacaq. Məlumat Fed-in faizləri artırmağa addım-addım yaxınlaşdığı bir dövrdə böyük önəm kəsb edir.
İqtisadçılar 3-cü rübdə ABŞ-da ümumi daxili məhsulun (ÜDM) 2,1% artacağını proqnozlaşdırırlar.
İqtisadiyyatın gözləniləndən çox artması faiz artırımı ehtimalını daha da gücləndirəcəkdir.
Gözləniləndən yüksək bir rəqəm çıxması Dollar üçün pozitiv/buğa, aşağı bir rəqəm çıxması isə Dollar üçün neqativ/ayı bazarı deməkdir.
Biz Sizə, kiçik yatırım məbləğləri ilə dünya birjalarında gəlir əldə etmək imkanından faydalanmağı təklif edirik. Kredit çiyni dəstəyi sayəsində, vəsaitinizin 100 qatı mislində ticarət əməliyyatları həyata keçirin.
ABŞ Mərkəzi Bankının pul siyasətini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsi (Federal Open Market Committee -FOMC), 15-16 Dekabr tarixlərində ehtimal olunan bir faiz artırımını qiymətləndirmək üçün Vaşinqtonda toplaşacaq. İqtisadçıların çoxu və treyderlər, Fed-in Dekabr toplantısında 2008-ci ildən bu yana sıfıra yaxın olan faiz dərəcələrini artıracağını gözləyir.
Fed rəsmiləri dəfələrlə bəyan ediblər ki, faizlərin artırılması və sürəti iqtisadi məlumatlardan asılı olacaqdır. Bu baxımdan, ÜDM-in artım sürəti məlumatı kritik əhəmiyyətə malikdir.
Qeyd edək ki, ABŞ Mərkəzi Bankı Fed-in faizləri artırması ilə Dolların daha da bahalaşacağı gözlənilir. Artıq Dollar mühüm valyutalar qarşısında dəyərə qazanmağa başlayıb.(marja.az)






