Deputatın tənqidindən sonra nazirlikdə DƏYİŞİKLİK - FOTO

Deputatın tənqidindən sonra nazirlikdə DƏYİŞİKLİK - FOTO
Kateqoriya məlum deyil
T

Deputat Səyyad Aranın Milli Məclisin plenar iclasında səhiyyə naziri Teymur Musayevin vətəndaş qəbulu ilə bağlı səsləndirdiyi fikirlərdən sonra yaranan müzakirələr davam edir.

Sfera.az xəbər verir ki, deputat çıxışında vətəndaşların səhiyyə naziri ilə birbaşa görüşməsində çətinliklər yarandığını bildirib.

Onun sözlərinə görə, nazirin vətəndaş qəbulu zamanı əraziyə giriş-çıxış elə təşkil olunur ki, real şikayəti olan şəxslərin nazirə yaxınlaşması mümkün olmur.

Səyyad Aranın bu fikirlərinə cavab olaraq Səhiyyə Nazirliyi vətəndaş qəbulunun müəyyən edilmiş qrafik əsasında keçirildiyini açıqlayıb. Qurum bildirib ki, nazir və digər rəhbər şəxslər vətəndaşları nazirliyin inzibati binasında qəbul edir, qəbul günləri ilə bağlı məlumatlar isə rəsmi internet səhifəsində yayımlanır.

Lakin nazirliyin cavabından sonra məsələ sosial şəbəkələrdə yeni müzakirələrə səbəb olub. Belə ki, istifadəçilər Səhiyyə Nazirliyinin saytında yerləşdirilən vətəndaş qəbulu cədvəlinin əvvəlki və sonrakı görüntülərini paylaşaraq məlumatların aktuallığı ilə bağlı suallar yaradıblar.

Paylaşılan görüntülərə əsasən, 2026-cı ilin başa çatmasına bir neçə ay qalmasına baxmayaraq, qəbul cədvəlinin başlığında hələ də “2025-ci il üzrə” ifadəsi yer alıb. Müzakirələrin genişlənməsindən sonra həmin ifadənin nazirliyin saytındakı məlumatdan çıxarıldığı bildirilib. Nəticədə isə cədvəlin hansı dövrə aid olduğu və məlumatların nə vaxt yeniləndiyi ilə bağlı əlavə suallar yaranıb.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR