SOCAR-da növbəti dəyişiklik - Yeni təyinat oldu + FOTO

Kateqoriya məlum deyil
T
SOCAR-ın tabelyində olan “SOCAR Tech”də rəhbər vəzifəyə yeni təyinat olub.
Sfera.az Modern.az-a istinadla xəbər verir ki, müvafiq əmrlə Namiq Pirimov şirkətin Sənaye proseslərinin rəqəmsallaşdırılması üzrə direktoru vəzifəsinə təyin olunub.
O, 2022-ci ildən bu təyinatadək şirkətdə Sənaye həlləri departamentinin baş meneceri, 2019-2022-ci illərdə menecer, 2018-2021-cu illərdə isə aparıcı məaləhətçi vəzifələrində çalışıb.
O, 2009-2015-ci illərdə isə SOCAR-ın özündə fəaliyyət göstərib.
Qeyd edək ki, SOCAR Tech — SOCAR-ın rəsmi rəqəmsal transformasiya qolu və texnologiya şirkətidir (əvvəlki adı Caspian Innovation Center).







