Logo

London taksilərində “Wi Fi” olacaq

London taksilərində “Wi Fi” olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bakıda fəaliyyət göstərən London taksilərində “Wi Fi” quraşdırılacaq". Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında “Bakı Taksi Xidməti” MMC-nin rəhbəri İlqar Qasımov deyib.

Onun sözlərinə görə, bunun üçün öncə texniki məsələlər həll olunmalıdır: “Bakı Taksi Xidməti” MMC taksi xidmətində yeniliklərin tətbiqini nəzərdə tutur. Taksilərdə “Wi-Fi” cihazlarının quraşdırılması da bu yeniliklərdən biridir”.

İ.Qasımov “Wi-Fi”ların taksilərdə tətbiqindən sonra gediş haqqının artıb-artmayacağı məsələsinə də toxunub: “Bu layihədə gediş haqqının artımı məsələsi öz əksini tapmayıb. “Wi-Fi”ların tətbiqinin gediş haqqına təsiri olmayacaq”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR